23 Oktyabr 23:13

“Cənab prezidentin kadr təyinatları və apardığı islahatlar Azərbaycanın daha da qüdrətlənməsinə yönəlib”.

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi sahədə aparılan işlər haqda Teleqraf.com-a danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.

Baş redaktor iqtisadiyyat naziri Şahin Mustafayevin baş nazirin müavini təyin edilməsinin prezidentin uğurlu addımlarından biri olduğunu vurğulayıb: “Hesab edirəm ki, cənab prezidentin bu islahatları və kadr dəyişikliyi istiqamətində verdiyi qərarlar aparılan uğurlu iqtisadi siyasətin bir hissəsidir. Bu addımlar Azərbaycan iqtisadiyyatının və digər sahələrin inkişaf etdirilməsinə xidmət edən amillərdir. Məlumdur ki, Şahin Mustafayev baş nazirin müavini təyin olundu və cənab prezident onu qəbul etdi. Həqiqətən də onun iqtisadiyyat naziri kimi fəaliyyəti göz önündədir. Hesab edirəm ki, Azərbaycanın Nazirlər Kabinetində aparılan islahatlar Azərbaycana böyük uğurlar qazandıracaq.

Düşünürəm ki, bu islahatlar həqiqətən önəmlidir və vacibdir. Cənab prezidentin bu addımları daha böyük iqtisadi layihələrin icrasına, daha yüksək nəticələrin əldə edilməsinə, Azərbaycanın daha da qüdrətlənməsinə yönəlmiş bir siyasətdir. Düşünürəm ki, Azərbaycan vətəndaşları cənab prezidentin bu islahatlarını, təyinatlarının bəhrəsini görəcək. Ümumilikdə bu siyasət Azərbaycanın daha da güclənməsinə öz töhfələrini verəcək”.


Müəllif: Teleqraf.com