1 Noyabr 2019 17:58
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin həll prosesi dalana dirənməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.

Nazir Azərbaycanla danışıqların sakit məcrada davam etdiyini bildirib.

Eyni zamanda Mnatsakanyan xarici işlər nazirləri arasında növbəti görüşün yaxın vaxtlarda (Bratislavada) keçiriləcəyini bildirib.

Ayrıca ölkələrin liderlərinin görüşünün təşkili üçün bəzi razılaşmalar və fikirlər olduğunu da söyləyib: “Lakin bunun baş tutması üçün bəzi işlər görülməlidir, uyğun şərait yaradılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu