4 Noyabr 2019 14:29
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanla bağlı “parlaq nitqini” tirajlamaqdadır.

Axar.az xəbər verir ki, bu paylaşımlarının qarşılığında isə sosial şəbəkə istifadəçiləri Cəmil Həsənlinin Milli Məclisdəki 2010-cu il oktyabr çıxışını yayıblar.

Tarix kifayət qədər diqqətçəkicidir. 2010-cu il noyabrda parlament seçkiləri baş tutacaqdı və yeni seçimlərə sayılı günlər qalırdı. Məhz belə məqamda deputat mandatını bir daha əldə etmək üçün YAP-ın dəstəyinə ümid edən C.Həsənli büdcə müzakirəsində elə sözlərdən istifadə edir ki, hakim komanda belə o tərifləri yağdırmayıb.

Əlbəttə, həmin vaxt - 2010-cu ilin noyabrında təkrar mandat əldə etsəydi, Cəmil Həsənli 2015-ci ilin oktyabrındakı büdcə müzakirələrində də eyni şövqlə büdcə layihəsinin möhtəşəmliyindən bəhs edəcəkdi. Əgər 2015-də də seçilsəydi, biz hazırda Cəmil Həsənlini hakimiyyətə “patoloji sevgisini” izləyirdik.

Təqdim etdiyimiz video reallığı – Cəmil Həsənlinin yalnız deputat mandatından məhrum olduqdan sonra “qisasa” sarıldığını tam çılpaqlığı ilə ortaya qoyur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər