Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.
Bu barədə Teleqraf.com-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər.
Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.
Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.