12 Noyabr 2019 10:27
3 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya xarici işlər nazirinin İrəvanda Ermənistan baş nazirinin sözlərini təkrarlaması – danışıqlar prosesində “Qarabağ xalqı”nın iştirakının vacib olduğunu dilə gətirməsi üzücüdür. Lavrovun nəzərinə çatdırmaq lazımdır kı, birincisi, “Qarabağın yerli əhalisi” deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən, Qarabağda referendum işğal altındakı ətraf rayonların və azərbaycanlı məcburi köçkünlərin Qarabağa qaytarılmasından sonra baş tutmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert qeyd edib ki, beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməz:

“İspaniya bunu Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi.

İndiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir. Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, İrəvan əvvəlcə mərhələli həll variantı haqda düşünməli və Madrid prinsipləri əsasında ətraf rayonları Azərbaycana qaytarmalıdır”.

Zaur Məmmədov bildirib ki, şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşıb: “Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status-kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq Rusiya XİN dəstəkləyir. İkinci mövqeyə əsasən, Ağdam, Füzuli və daha 2 -3 rayon qaytarılmalı, bunun əvəzində isə Azərbaycan Avrasiya İttifaqı və KTMT na daxil olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər