12 Noyabr 2019 14:00
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Perunun Azərbaycandakı səfirliyinin bağlanılması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Hər bir ölkə xaricdəki diplomatik nümayəndəliyini açmaq və yaxud bağlamaq qərarını verə bilər. Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlanılması qərarını verib. Bu qərar ölkənin daxili və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədərdi",- deyə o bildirib.

XİN rəsmisi qeyd edib ki, bununla yanaşı Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə dəvam etdiriləcəyini bildirib./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər