14 Noyabr 2019 10:21
2 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və Türkiyə prezidentləri arasında Vaşinqtonda keçirilən görüş mülayim şərtlər daxilində başa çatdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert görüşün Türkiyənin milli maraqlarının təmin edilməsi baxımından əhəmiyyətli olduğunu istisna etməyib:

“Nəhayət ki, ABŞ və Türkiyə liderləri görüşdülər. Bu, onlar arasında ən mülayim şəkildə başa çatan ilk görüş oldu. Trump biznes adamı kimi digər ölkələrlə münasibətlərində olduğu kimi Türkiyə ilə də aralarındakı ticarət məsələsinə önəm verərək ABŞ-a gəlir gətirilməsinə nail oldu. Tərəflər arasında 100 milyardlıq anlaşma imzalansa da, detalları açmadılar.

Bundan başqa, Suriyanın şimalı Türkiyənin faktiki olaraq hərbi -siyasi təsiri altında olacaq. Təbii ki, Rusiya , İran və Türkiyənin bölgədəki maraqları əvvəllər olduğu kimi yenə də toqquşmağa davam edəcək. İndi top Kremldədir. Çünki Suriyanın şimalı və İdlib məsələsində Rusiya daha çox rıçaqlara malikdir.

Ərdoğanın diplomatiyası öz sözünü deməkdədir. Tarixdə ilk dəfə Türkiyə böyük güclərlə siyasətində öz milli maraqlarını reallaşdırmağa bu qədər yaxındır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər