18 Noyabr 2019 21:56
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Azadlıq Hərəkatının ən parlaq simalarından biridir.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. BAXCP sədri Novella Cəfəroğluna qarşı sosial şəbəkələrdə aparılan kampaniyanın heç bir ölçüyə sığmadığını bildirib:

"Novella xanım bütün varlığı ilə Azərbaycana, onun milli maraqlarına bağlı olan, vətənpərvər bir xanımdır. Onu ermənipərəstlikdə ittiham etmək sadəcə cahillikdir və bu, təkcə Novella xanımın tərcümeyi-halını bilməməkdən irəli gəlmir, düşünülmüş və qərəzli bir kampaniyadır".

Novella Cəfəroğluna qarşı ittihamları qətiyyətlə pislədiyini bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanı sevən hər kəs ona sayğı ilə yanaşmalı, bu qərəzli kampaniyaya öz etirazını bildirməlidir.

Novella xanıma qarşı küyə gedərək ədalətsizlik edən gənclər isə onun fəaliyyəti ilə yaxından tanış olmalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər