22 Noyabr 2019 17:54
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda baş verənləri mətbuat və televiziya vasitəsilə müşahidə edirəm. Əslində dünyanın əksər yerlərində belə hadisələr olur. Yəni İran istisna deyil. Buna qədər Fransada “Sarl jiletlilər” bir ara aksiyalar təşkil etdilər, qonşu Gürcüstanda da aksiyalar oldu. Son dövrlər dünyada belə hallar çoxalıb.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Milli Məclisinin (Ali Sovet) sabiq sədri, professor Yaqub Məmmədov İranda baş verən son etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Sabiq spikerin sözlərinə görə, İranda aksiyalar benzinin qiymətinin qalxması ilə başlayıb: “Bu da başadüşüləndir. Amma bu, xoş proses deyil. Xalq öz haqqını tələb edir, dövlətində öz marağı və siyasəti var”.

Yaqub Məmmədov hesab edir ki, müsəlman dünyasında gedən proseslərdə adətən xaricin barmağı olu: “İranla bağlı da bu amili istisna etməzdim. Xüsusilə ABŞ-İran münasibətləri çox gərgindir, Tehrana qarşı sanksiyalar tətbiq edilir, onu zəiflətmək xətti yürüdülür.

Nəzərə almaq lazımdır ki, İran güclü dövlətdir. Rəsmi strukturlar da ayaq üstədir. Hesab edirəm ki, aksiyalar son anda yatırılacaq. İran güclü dövlətdir və özünün maraqları var. Tarixdə belə hallar İranın taleyində çox olub”.


Müəllif: Cavad

Oxşar xəbərlər