22 Noyabr 19:13

Bu gün Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbiri acan qurumun sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edib.

Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib.

Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılıb.

Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər. İclasda deputatlardan Xanlar Fətiyev, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edib.

Yubiley sessiyasından sonra MDB-yə üzv ölkələrin incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.


Müəllif: Cavad