“Azərbaycanda mətbuatın müstəqilliyi üçün iqtisadi təminat vacib şərtdir”.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, hazırda mətbuatda reklam bazarı aşağı səviyyədədir: “Bəzən deyirlər ki, Azərbaycan mətbuatında qeyri-peşəkar jurnalistlər mövcuddur. Əsla belə deyil. Azərbaycan mətbuatında əsas problem reklam bazarının olmamasıdır. Hesab edirəm ki, bu məsələnin təminatı üçün addımlar atılmalıdır. Bu addımlar subsidiyalar və digər bu kimi vasitələr ola bilər”.