28 Noyabr 2019 15:36
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP-dan olan deputatların geri çağırılması ilə bağlı qərarın qəbul edilməsindən sonra YAP-ın Milli Məclisdəki deputat korpusu iclas keçirib. İclas zamanı deputatlar yekdilliklə bu qərarın lehinə çıxış ediblər. Deputatların səfərdə olanlarını çıxmaqla əksəriyyəti müraciəti imzalayıb.

Teleqraf.com-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında partiya sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O, bildirib ki, böyük ehtimalla müraciət Milli Məclisə daxil olub və parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan iclasında müzakirəyə çıxaracaq:

"Bununla da ilk dəfə YAP-ın təşəbbüsü ilə Azərbaycanda parlamentin buraxılması və yeni seçkinin keçirilməsi reallaşacaq. Parlamentin buraxılması, növbədənkənar seçki keçirilməsi dünya ölkələrində tez-tez rast gəlinən haldır. Burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Söhbət Azərbyacanın bütün həyatını əhatə edən yeniləşmə sferasının genişlənməsindən, bunun nəticəsində ölkənin daha sürətli inkişafından gedir. Güman edirəm ki, parlament bu qərarı dəstəkləyəcək".


Müəllif: Səxavət

Oxşar xəbərlər