2 Dekabr 2019 13:44
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm YAP-dan olan, həm bitərəf, həm də siyasi partiyalardan olan deputatlar fikirlərini bildirdilər. Hesab edirəm ki, qərar layihəsini müzakirəyə çıxarmaq olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Daha sonra çıxışlar dayandırılıb və Milli Məclisin parlamentin buraxılmasını nəzərdə tutan qərarını oxumaq üçün vitse-spiker Bahar Muradova kürsüyə dəvət edilib.

B.Muradova "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin qərar layihəsi"ni oxuyub.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

Qərar səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad