4 Dekabr 2019 21:57
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərində iştirakımız gözlənilir, amma Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəsmi qərarı yoxdur. Məclisdə müzakirələr aparıb qərar verəndən sonra ictimaiyyətə məlumat verəcəyik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında VİP sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi Plenumunda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olub-olmamasına dair məsələyə baxılıb və ölkə başçısının sərəncamından sonra partiyanın müvafiq qurumlarında müzakirə aparılacaq: “Şəxsi qənaətimi ifadə edə bilmirəm, çünki partiyada müzakirə olmalı, yekun rəy verilməlidir”.


Müəllif: Teleqraf.com