5 Dekabr 2019 00:13
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiyamızda müzakirələr aparılacaq, qərarlar veriləcək. Sözsüz ki,, partiyamız parlament seçkilərində iştirak edəcək. Ancaq neçə namizədlə iştirak edəcək, namizədlərimiz kim olacaq və hansı dairədən namizədliklərini irəli sürəcəkləri gələcək müzakirələrin nəticəsində olacaq. Mən onları qabaqlamaq istəmirəm.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəkləri haqda suala cavabında bildirib.

Asim Mollazadə əlavə edib ki, parlamentdə ki, müxalifət partiyaları ilə əməkdaşlıq, birgə koalisiyalar yaratmaq və ya seçkiyə tkbaşına getmək kimi məsələlər haqda danışmaq hələ tezdir: “Bunların hamısı müzakirələrdən sonra ola bilər. Hələlik belə müzakirələr aparılmayıb. Üstəlik parlament seçkilərinin keçiriləcəyinə dair qərar verilməyib, vaxt bəlli deyil. Bunlar bəlli olduqdan sonra mövqelərimiz də ortada olacaq”.

Mollazadə deyib ki, şəxsən özü parlamentin buraxılmasını dəstəkləyib. O, buna misal kimi Milli Məclisdə etdiyi çıxışı göstərib: “Ölkədə islahatlar aparılır və bu islahatlara parlamentdə uyğunlaşmalıdır. Bu da düzgün qərardır. Biz parlamentin buraxılması təşəbbüsünü müdafiə etmişik”.


Müəllif: Cavad