5 Dekabr 2019 10:23

İranın yol və şəhərsalma nazirinin müavini və dəmir yolu şirkətinin icra direktoru Səid Rəsuli bu gün Bakıya gələcək.

Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, İranlı rəsmi 6 nəfərlik heyətə başçılıq edəcək.

Səfər çərçivəsində Azərbaycan və İran dəmiryol və nəqliyyat rəsmiləri ilə danışıqlar aparılacaq.

2 günlük səfər çərçivəsində Azərbaycan və İranın dəmir yolu və nəqliyyat sahəsində birgə əməkdaşlıq layihələri araşdırılacaq.


Müəllif: Teleqraf.com