5 Dekabr 2019 23:28
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəhdət Partiyasının nizamnaməsinə əsasən seçkilərdə namizədlərin irəli sürülməsinə Baş Məclis qərar verir. Hələlik Baş Məclisi çağırmamışıq. Artıq Prezident İlham Əliyevin seçkilərin təyin edilməsinə dair qərarı çıxıb. Siyasi Şuranın seçkilərdə iştirak etmək fikri var, amma hüquqi qərar Baş Məclisdədir. Cənab prezidentin məlum sərəncamından sonra yəqin ki, Baş Məclisin toplantısı çağırılacaq və seçkilərdə iştirak məsələsi müzakirə ediləcək.

Bu sözləri Teleqraf.com-a Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, əlavə edib ki, Baş Məclis partiyanın Siyasi Şurasının tövsiyyələrini nəzərə alır: “Güman edirəm ki, seçkilərdə iştirakımız olacaq”.

Ötən seçkilərdə Vəhdət Partiyasının3 namizədlə iştirak etdiyini xatırladan Tahir Kərimli əlavə edib ki, 2010-cu il parlament seçkilərində 38 namizəd irəli sürüblər: “Bu dəfə də müzakirələrdən və vəziyyətdən asılı olaraq namizədlərimizi irəli sürəcəyik. Baxaq görək hansı şanslarımız olacaq. Proporsional seçki olmadığını görə, mojaritar qayda da seçkilərdə iştirak edəcəyik. Hətta partiya üzvü olmayam fərdi şəxslərin namizədliyi də dəstəklənə bilər. Fikrimiz budur ki, namizədlərimizi Baş Məclis irəli sürsün”.


Müəllif: Cavad