6 Dekabr 2019 16:30
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə iştirak etməyim ancaq mənim qərarımla bağlı deyil. Vətəndaş Həmrəyli Partiyası olaraq seçkilərə qatılırıq. Partiyanın ümumi istəyi odur ki, sədr də seçkilərdə iştirak etsin. Mən bu fikrə hörmətlə yanaşır, düşünürəm ki, parlamentə xeyir verə bilərəm. Bu səbəbdən də parlament seçkilərinə qatılacağam.

Bu fikirləri Teleqraf.com-a VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı parlament seçkilərinə qatılıb-qatılmayacağı haqda suala cavabında deyib.

Sabir Rüstəmxanlı hələlik hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyini müəyyən etməyib: “Bu məsələ açıq qalır və mən düşünürəm. Məsələn, Yardımlıdan namizədliyimi irəli sürə bilərəm. Çünki oradan əvvəllər deputat olmuşam. Eləcə də yaşadığım Nərimanov rayonundan da namizəd ola bilərəm. Sumqayıt da ola bilər. Yəni həyatımla bağlı olan bəlli yerlər var. İlk dəfə deputat seçildiyim Xətai rayonundan da namizədliyimi irəli sürə bilərəm. Hələlik bu məsələləri götür-qoyur edirəm”.

Partiya sədri əlavə edib ki, gələn həftənin ilk iş günündə VHP Siyasi Şurası toplaşıb seçkilər mövzusunu müzakirə edəcək: “Güman edirəm ki, seçkilərdə iştirakla bağlı qərar qəbul olunacaq”.

Xatırladaq ki, gələn ilin fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com