7 Dekabr 2019 15:55
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası və Polşa Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com