8 Dekabr 2019 16:45
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiya dekabrın 9-da öz işinə başlayacaq.

Sessiyada və qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.

Avronest PA-nın bu sessiyasında Azərbaycanı Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov iştirak edəcəklər.


Müəllif: Teleqraf.com