9 Dekabr 2019 09:32
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.

İclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, İş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər./trend/


Müəllif: Teleqraf.com