9 Dekabr 2019 14:44
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-də Demokratik İslahatlar Partiyasının (DIP) VI qurultayı keçirilib.

Bu barədə Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Qurultayda partiya sədrinin və Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilib. Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdəki fəaliyyətindən, parlamentdə gördüyü işlərdən, xarici əlaqələrindən ətraflı bəhs edib. Eyni zamanda ölkədə bütün sahələrdə keçirilən islahatlar, yeni dövrün tələbləri barədə danışıb.

Həm sədrin, həm də MTK-nın hesabatı qənaətbəxş hesab edilib.

Qurultayda Asim Mollazadə yenidən yekdilliklə partiyanın sədri seçilib. Partiya Siyasi Şurasının və MTK-nın üzvlərinə də yenidən etimad göstərilib. Qurultay ölkədə keçiriləcək seçkilər və digər cari məsələlərlə bağlı qərarların verilməsi səlahiyyətini partiyanın Siyasi Şurasına həvalə edib.


Müəllif: Səxavət