9 Dekabr 2019 16:06
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.

Bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.

G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq./report/


Müəllif: Teleqraf.com