10 Dekabr 2019 19:28
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaqişəsinin həlli baxımından 2019-cu ili növbəti itirilmiş il hesab edirəm. Ermənistan yenə danışıqlar prosesinin imitasiyasını edir, sülh prosesinə hazır deyil.

Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə 2019-cu ildə Qarabağ münaqişəsinə dair aparılan diplomatik təmaslar və onun nəticələri haqqında danışarkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanda hakimiyyətində dəyişikliklər nəticəsində iqtidara gələn yeni qüvvələr ümumiyyətlə illər əvvəl müzakirə edilən məsələləri yenidən gündəmə gətirməklə imitasiya aparır: “Hesab edirəm ki, beynəlxalq təşkilatlar öz təməl sənədlərinə, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq hərəkət etməlidirlər. Heç bir irəliləyiş yoxdur, Ermənistan status-kvonu saxlamaq, Azərbaycanın tarixi ərazilərinə iddialarını davam etdirir”.

Mütəxəssisin fikrincə, Azərbaycan tərəfi öz işlərini davam etdirməli, güclənməlidir: “Əslində Qarabağ münaqişəsinə dair bir neçə səngər var. Yalnız bizim hərbçilərimizin mövqe tutduğu ərazilər səngər deyil. Daha doğrusu bu hərbi səngərdir. Amma diplomatik sahədə, informasiya müharibəsi səngərləri də var. Dünyaya səpələnən ermənilər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bizdə bu istiqamətdə öz işlərimizi gücləndirməli və təcavüzkara layiqli cavab verməliyik”.

2019-cu ildə Azərbaycan diplomatiyasının Qarabağ fəaliyyətinə toxunan Asim Mollazadəyə görə, milli diplomatiya bu sahədə daha güclü işləməlidir.


Müəllif: Cavad