11 Dekabr 2019 16:19
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda əvvəlcə MSK-nın 16 noyabr və 7 dekabr tarixli iclas protokolları təsdiq edilib.
Bu məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Protokollar yekdilliklə qəbul edilib.

Daha sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Yeni Azərbaycan Partiyasının müraciətinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə səlahiyyətli nümayəndə və maliyyə məslələri üzrə nümayəndlər təqdim edlib. Həmin qərara əsasən, YAP 119 səlahiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələri üzər səlahiyyəli nümayəndə irəli sürüb.

Daha sonra YAP-ın 119 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələsi üzrə nümayəndə qeydə alınıb.


Müəllif: Səxavət