11 Dekabr 2019 16:26
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyanın bu gün keçirilən iclasında Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Ümid Partiyasının müraciətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, bu partiyanın 36 səlahiyətli nümayəndəsi və 1 maliyyə məsələsi üzrə nümayəndəsi qeydə alınıb.

Daha sonra iclasda Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının müraciətinə baxılıb. Bu partiya 17 nəfər səlahiyyətli nümayəndə, 2 nəfər maliyyə məsələləri üzrə nümayəndə müəyyənləşdirib.

MSK-nın iclasında müzakirə olunan növbəti məsələ dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyələr üzrə seçkilərin yekunlarının müəyyən edilməsi məsələsi olub.


Müəllif: Səxavət