11 Dekabr 2019 17:00
690
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK-nın bu gün keçiriləcək iclasında komissiya sədri Məzahir Pənahov yeni nəsil şəxsiyyət vəsiqələri ilə səs verəcək seçicilər barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, o deyib ki, bütün seçki məntəqələri yeni nəsil şəxsiyyət vəsiqələrindəki çipləri oxuyan avadanlıqla təchiz olunacaq:
“Bu, praktikada ilk dəfə tətbiq olunan bir tədbir olacaq. Burada hansısa problemin olması mümkün deyil.
Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ilin sentyabrından verilir. Bizim hesablamamıza görə, 500-600 min seçici yeni nəsil şəxsiyyət vəsiqələri ilə səs verəcək. Burada yeganə məsələ bir il əvvəl yeni nəsil şəxsiyyət vəsiqəsi almış adamların ünvanları ilə cihazdakı ünvanın fərqli olması ola bilər. Yəqin ki, onların ünvanı son dəqiqləşmiş seçici siyahısındakı ünvanla eyni olacaq”.

Müəllif: Səxavət