11 Dekabr 2019 17:30
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün MSK-nın iclasında müzkairə olunan sonuncu məsələ bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə olub.

Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova 8 saylı Binəqədi birinci, MSK katibi Mikayıl Rəhimov isə 92 saylı Zərdab-Ucar, 47 saylı Mingəçevir, 44 saylı Sumqayıt-Xızı dairə seçki komissiyasının tərkibində dəyişikil edilməsi barədə məlumat verib.

Bildirilib ki, bu dəyişikliyi etməyə səbəb bir komissiya üzvünün vəfat etməsi, bəzilərinin ailə vəziyyətində dəyişiklik baş verməsi səbəb olub. Belə ki, həmin şəxslərin yaxın qohumları bələdiyyə seçkilərində iştirak etdikləri üçün qanunun tələbinə görə onlar DSK üzvlüyündən istefa veriblər. Onların yerinə müvəqqəti olaraq həlledici səs hüquqlu üzvlər təyin olunub.

MSK üzvü Şaitdin Əliyev 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin üzvünün vəzifədən azad edilməklə bağlı müraciət etdiyini bildirib.

Daha sonra 8 saylı Binəqədi birinci dairə seçki komissiyasına yeni üzv təyin olunub.


Müəllif: Səxavət