12 Dekabr 2019 14:52
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib.

Nazirliyin mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks xarici işlər nazirinə kitab hədiyyə edib.

E.Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib. Nazir, həmçinin, kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.


Müəllif: Səxavət