12 Dekabr 2019 14:33
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dekabrın 12-13-də Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində qonaq hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmçinin vilayət başçısı Bakıda Həştərxan işgüzar mərkəzinin tikintisi ilə tanış olacaq, Bakı-Həştərxan dostluq parkına baş çəkəcək.

Bundan əlavə, İ.Babuşkin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri ilə danışıqlar aparacaq, İqtisadiyyat Nazirliyində ikitərəfli əməkdaşlığa dair müşavirədə iştirak edəcək.

Danışıqlar zamanı iqtisadi-ticarət əməkdaşlığın və nəqliyyat əlaqələrinin genişləndirilməsi, turizm, təhsil, mədəniyyət sahələrində təmasların artırılması kimi məsələlər müzakirə olunacaq./report/


Müəllif: Teleqraf.com