13 Dekabr 2019 14:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyində İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə,görüş zamanı Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.


Müəllif: Teleqraf.com