13 Dekabr 2019 16:05
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı, bunun obyektiv və subyektiv səbəbləri var”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, son zamanlar Türkiyə Prezidenti Ərdoğanla Atlantistlər arasında ciddi fikir ayrılıqları göz önündədir:

“Məsələn, Bilderberq Klubunun son toplantısı bu ilin 30 may-2 iyun tarixlərində Montrdə (İsveçrə) reallaşıb. Həmişəki kimi, mətbuata qapalı olan toplantıya Henri Kissencer, Qüdsün İsrailin paytaxtı kimi nəzərdə tutan qondarma Əsrin sazişinin himayədarı, Trampın kürəkəni Jared Kuşner və digər mühüm fiqurlar da qatılıb.

Maraqlıdır kı, Türkiyədən də 4 nəfərin qatıldığı toplantıya , türk mətbuatının yazdığına görə, Koç Holdinq İdarə Heyətinin sədri Ömər Koç daxil olmaqla holdinqdən daha 3 nəfər qatılıb. Niyə məhz Türkiyə? Yeri gəlmişkən, onların İmamoğlunun təyyarəsi ilə İsveçrəyə uçmaqları haqqında həmin vaxt yerli KİV-lərdə xəbərlər yayılmışdı”.

Zaur Məmmədov hesab edir ki, qondarma soyqırımının tanınması ermənilər üçün ciddi irəliləyişdir:

“Bu “erməni kartı”ndan həm diasporun, həm də böyük dövlətlərin necə məharətlə istifadə etmələrinin misalıdır. Hesab edirəm ki, bu, həm də türk diasporunun fəaliyyətsizliyidir. Tez bir zamanda türk diasporları təşkilatlanmalıdır. İndiki halda, bu təşkilatların heç bir ideologiyası və fəlsəfəsi yoxdur.

Bir neçə il əvvəl Davusda baş verən “One minute” olayı və Türkiyənin ABŞ- ın vassalı olan ərəb dünyasına ağalıq etmək istəyi, bölgədə Anlaranın Tel- Əvivlə münasibətlərinin korlanmasına gətirib çıxardı. Artıq qondarma soyqırımı tanındı. Bundan sonrakı bəyanatların heç bir önəmi olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu