13 Dekabr 2019 17:33
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni nüfuzlu enerji gücünə çevirir və Azərbaycana “Qazprom”un Avropa bazarındakı payını almağa imkan verir”.

Teleqraf.com xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına bolqar politoloq Dmitar Beçev deyib.

Ekspert hesab edir ki, TANAP Türkiyənin strateji uğurudur:

“Ankara uzun müddət coğrafi mövqeyindən istifadə edərək, böyük bir istehlakçı statusundan tranzit ölkəyə keçmək üçün səy göstərdi. Azərbaycan qazının Balkan yarımadasına axması Türkiyəyə bu planlarını həyata keçirməyə imkan yaradır”.

Beçvin sözlərinə görə, Azərbaycan TANAP-ın köməyi ilə təbii qazını Avropa İttifaqına sata bilər və Rusiya nəhəngi “Qazprom”un Avropa bazarındakı payını sıxışdıra bilər.


Müəllif: Mənsur Rəğbətoğlu