13 Dekabr 2019 18:43
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərə müstəqil namizəd kimi, amma “Real Cümhuriyyətçilər” koalisiyası ilə birlikdə getdiyimi cəmiyyətimizə bəyan edirəm.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq, hüquqşünas Fərhad Mehdiyev bildirib.

O qeyd edib ki, koalisiya daxilində əsas şərt respublikaçılıq prinsiplərinə uyğun fəaliyyət göstərməkdir. “Respublikaçılıq demokratiya, insan hüquqları, hüquqi dövlət deməkdir”, – deyə Fərhad Mehdiyev bildirib.

Qeyd edək ki, politoloq bu gün sənədlərini 21 saylı Nəsimi birinci seçki dairəsinə təqdim edib.


Müəllif: Səxavət