14 Dekabr 2019 17:47
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları - 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com