16 Dekabr 2019 14:45
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası 17 saylı seçki dairəsindən namizəd irəli sürməyəcək.

Teleqraf.com xəbər verir ki, bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı seçkilərdə iştirak edəcək namizədlərin siyahısını açıqlayıb.

Bəlli olub ki, Müsavat Yasamal rayonu 17 saylı seçki dairəsindən namizəd irəli sürməyəcək.

Qeyd edək ki, bu dairədən REAL Partiyası Cavad Cavadlının namizədliyini irəli sürüb. REAL-ın sabiq funksioneri Azər Qasımlı bəyan edib ki, seçkilərə bu dairədən qatılacaq. Gənc fəal Bəxtiyar Hacıyev də bu dairədən seçki yarışına qatılacaq.

Bəxtiyar Hacıyev Müsavat Partiyasının bu qərarını alqışlayıb və bildirib ki, REAL da güzəştə getsə, problem olmaz.


Müəllif: Cavad