16 Dekabr 2019 17:43
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Fuad Abbasov Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, o, bu gün sənədlərini 33 saylı Xətai birinci seçki dairəsinə təqdim edib.

Fuad Abbasov dairə seçki komissiyasında müvafiq sənədləri doldurub.

Qeyd edək ki, qanunvericiliyə görə, namizədliyi özü tərəfindən irəli sürülən şəxs Dairə Seçki Komissiyasına müvafiq sənədləri təqdim etməlidir. Komissiya şəxsin sənədlərini aldıqdan sonra 5 gün ərzində onu yoxlayır və namizədliyin qeydə alınıb-alınmamasına dair əsaslandırılmış qərar qəbul edir. Namizədlik təsdiq olunarsa şəxsə imza toplaması üçün imza vərəqələri verilir.

F.Abbasov uzun illər Rusiyada yaşayıb, fəaliyyət göstərib. Rusiya telekanallarında ermənilərin əleyhinə etdiyi çıxışlar bu ilin mayında onun Moskvadan deportasiyası ilə nəticələnib.


Müəllif: Səxavət