27 Dekabr 2019 16:45
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov gələn il fevralın 9-da Azərbaycanda keçiriləcək erkən parlament seçkilərinə qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilat sədrinin özü məlumat verib.

Mirhəsən Seyidov açıqlamasında rəhbəri olduğu təşkilatın və özünün fəaliyyətinə də toxunub:

“2005-ci ildən Azərbaycan Gənclər Siyasətində aktiv iştirakımla, bir çox yerli və beynəlxalq layihələrin, ölkə əhəmiyyətli geniş tərkibli layihələrin və tədbirlərin həyata keçirilməsində yaxından iştirak etdim. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarında çalışdım, bir çox regionlarımızda gənclərin inkişafı üçün layihələrin ideya müəllifi oldum və 2015-ci ildə “İrəli” Gənclər Hərəkatına rəhbərlik edirəm.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın ictimai fəaliyyəti sahəsində xüsusi fərqləndiyinə görə” prezident mükafatına layiq görüldüm. Bir neçə dəfə, cənab Prezidentin sərəncamı əsasında müxtəlif ictimai vəzifələrə təyin olundum. Azərbaycan adını uca tutmaq üçün istər gənclər, istər idman, istərsə də beynəlxalq təşkilatlarda vətəni layiqli təmsil etmək üçün çalışdım. Gənclərimizin vətənpərvərlik inkişafında dayanmadan fəaliyyət göstərdim. Ölkəmizdə keçirilən geniş tərkibli islahatlar fonunda, cənab Prezidentin gənclərlə bağlı dəfərlərlə səsləndirdiyi çağırışlara cavab vermək üçün, 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirakıma qərar verdim”.


Müəllif: Mənsur Rəğbətoğlu