4 Yanvar 2020 16:58
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın başçılıq etdiyi və İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan koalisiya İraqdakı əməliyyatlarının intensivliyini azaldır.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Amerikalı məmurun sözlərinə görə, koalisiya əməliyyatların keçirilməsini məhdudlaşdırıb, lakin bu onların dayandırılması demək deyil.

“Biz koalisiya qoşunlarının yerləşdiyi İraq bazalarında təhlükəsizlik və müdafiə tədbirlərini gücləndirmişik”, – deyə o bildirib.

Agentlik qeyd edir ki, qərar İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsindən bir gün sonra verilib.

Yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanı ərazisinə raket zərbəsi nəticəsində Q.Süleymani həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər