Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist, Nəsir Əhmədli Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili olub.
Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, bu gün onun vəkilliyi proseduru rəsmiləşib. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra N.Əhmədli R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.
N.Əhmədli seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək. N.Əhmədli R.Arifoğlunun Milli Məclisdə təmsil olunmasının əhəmiyyətini yüksək dəyərləndirərək, məmnuniyyətlə onun vəkili olacağını bildirib.
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.