6 Yanvar 2020 18:12
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xoşbəxtlikdən Ermənistan İsraillə - İranın bir nömrəli düşməni ilə isti münasibətlərə malik deyil”.

Teleqraf.com xəbər verir ki, bölgədə ehtimal olunan ABŞ-İran savaşı barədə danışan erməni politoloq Armen Eyvazyan belə deyib.

Erməni ekspert ABŞ-ın bölgədə İranla savaşa girəcəyi halda, İsrailin də buna səssiz qalmayacağını, prosesin ön cəbhəsində yer alacağını iddia edib:

“Ehtimal olunan savaşda Ermənistana zərərin dəyməməsi üçün bir sıra üstünlüklərimiz var. Bunlardan biri İranın bir nömrəli düşməni İsraillə aramızda isti münasibətlərin olmamasıdır. Bu ölkə ilə heç bir hərbi əməkdaşlığımız yoxdur. İkincisi isə Ermənistanın Rusiyanın hərbi müttəfiqi olmasıdır. Ermənistan Rusiyanın “zenit çətiri” altındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər