Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə missiyasını rəsmi olaraq açıq elan edib.
Bu barədə müşahidə missiyasının rəhbəri Piter Teyler (İsveç) bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O, missiyanın Azərbaycan hökumətinin rəsmi dəvəti ilə həyata keçiriləcəyini xatırladıb.
Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.
DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək./Report/