Mərkəzi Seçki Komissiyasının iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.
Teleqraf.com xəbər ki, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
O qeyd edib ki, 90 saylı Ağdaş DSK-nın üzvü səhhəti ilə bağlı bu vəzifədən azad edilməsini xahiş edib. 90 saylı Ağdaş DSK-ya Vüsal Davudovun namizədliyi irəli sürülüb. Hər iki müraciət təmin edilib.
MSK üzvü Şaitdin Əliyev 116 saylı Qəbələ dairə seçki komissiyasının üzvü Əliyev Samir Ramiq oğlunun 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyünü deyib. O, qeyd edib ki, namizəd MSK-ya müraciət edərək DSK-nın həlledici səs hüquqlu üzvlüyündən azad edilməsini xahiş edib.
Şaitdin Əliyev qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə DSK üzvü namizəd olduqda onun həlledici səshüquqlu üzvü kimi üzvlüyünə xitam verilir.
Məsələ səsə qoyularaq qəbul edilib.