9 Yanvar 2020 16:42
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ münaqişəsinin həlli bu il gündəliyimizdə mühüm yer tutacaq”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edi Rama Vyanada Daimi Şuraya ölkəsinin 2020-ci il üçün ATƏT-dəki sədrliyinin prioritetlərini təqdim edərkən deyib.

O qeyd edib ki, bu il Albaniya sədrliyinin əsas şüarı "Öhdəliklərimizi birgə yerinə yetirərək” olacaq.

"ATƏT münaqişə və münaqişəsonrası vəziyyətlərdə heç kimin edə bilmədiyi şeyləri həyata keçirə biləcəyini dəfələrlə sübut edib. Ukraynadakı və onun ətrafındakı böhran Avropanın ən aktual təhlükəsizlik problemi olaraq qalır. Xüsusi Monitorinq Missiyasının (XMM) bənzərsiz töhfəsi gərginliyin azaldılmasında və sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində çox vacibdir... Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri, Cenevrə beynəlxalq müzakirələri və onunla əlaqədar mexanizmlər, eləcə də Dnestryanı nizamlama prosesi sədrliyimizin gündəliyində vacib yer tutacaq”, - E.Rama bildirib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər