9 Yanvar 2020 17:09
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda əvvəlcə komissiyanın 5 yanvar tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətərə baxılıb.

Məsələ barədə MSK-nın və Ekspert qrupunun üzvü Validə Kazımova məlumat verib.

V.Kazımova bildirib ki, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürülən Məmmədov Xaliq Sahib oğlu namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair sözügedən DSK-nın qərarını mübahisələndirib:

“Namizəd müraciətində bildirib ki, namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Amma DSK onun 0,95 hektar torpaq sahəsi olduğunu və bunu bəyannamədə qeyd etmədiyini iddia edib. Həmçinin, 100-ə yaxın imza şübhəli hesab edilib.

Dairə seçki komissiyası imtina edilmə barədə qərarın əmlak barədə məlumatın təqdim edilməməsi, həmçinin, imzaların Lənkəran rayonu Göyşaban bələdiyyə sədri və müavini tərəfindən toplandığı ilə əsaslandırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, DSK seçki qanunvericiliyinin tələblərini müəyyən qədər pozub. Belə ki, namizəd əmlakla bağlı məlumatları qeyd edib. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsindən onun adına əlavə mülkiyyət olduğu aşkar olunmayıb. Amma imzalarla bağlı hissə öz təsdiqini tapıb. Bizim hazırladığımız qərar layihəsində şikayətin qismən təmin edilməsi, digər hissənin dəyişdirilmədən saxlanılması təklif edilir”.

Müzakirələr zamanı MSK sədri Məzahir Pənahov, MSK katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova, MSK üzvü Nizami Nadirov çıxış ediblər.

Müzakirədən sonra bir nəfərin bitrəf qalması ilə qərar qəbul olunub. Məmmədov Xaliq Sahib oğlunun namizədliyi təsdiq edilməyib.

Digər bir müraciəti MSK-nın və Ekspert qrupunun üzvü Tofiq Həsənov çatdırıb. O bildirib ki, Oqtay Hidayət oğlu Həsənovun namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsi üzrə özü tərəfindən irəli sürülüb. Ancaq şikayətçi araşdırma müddətində şikayətinə xitam verilməsini istəyib. Ona görə də müraciətin araşdırılmasına xitam verilib.

MSK-nın və Ekspert qrupunun üzvü İlham Məmmədov isə digər şikayətlə bağlı məlumatları çatdırıb. O qeyd edib ki, namizədliyi “Ümid” Partiyası təərfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürülmüş Sadıqova İlahə Artur qızı yanvarın 6-da MSK-ya yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair sözügedən DSK-nın 2 yanvar tarixli qərarını mübahisələndirib, pozulmuş hüquqlarının bərpasını xahiş edib. DSK öz qərarını bununla əsaslandırıb ki, 10 imza vərəqindəki 500 imzadan 88-i etibarsız hesab edilib. Müəyyən edilib ki, imzalar Seçki Məcəlləsinin tələbinə uyğun toplanılıb. İlham Məmmədov bildirib ki, DSK-larda xətşünas ekspertlər yoxdur, yalnız MSK-da var. Ona görə də imzlardakı uyğunsuzluğu həmin ekspertlər MSK-da aşkar edə bilirlər.

Qeyd edək ki, İlahə Artur qızı Sadıqova “Ümid” Partiyasında Ailə, Qadın, Uşaq Problemləri və Gender Bərabərliyi şöbəsinin müdiridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər