9 Yanvar 2020 18:24
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkiqabağı təbliğat-təşviqat mərhələsindən əvvəl heç kimin təşviqat aparmaq hüququnun olmadığına dair Seçki Məcəlləsinin tələbi gözlənilmir. Seçki Məcəlləsi yazılanda dövri mətbuatda təbliğat-təşviqat aparılmaması nəzərdə tutulurdu. Amma bu gün sosial şəbəkələrdə təşviqat aparılır. Ona görə də biz bu məsələlərlə bağlı qərar çıxara bilərik. Baxmayaraq ki, bu, bizim hüququmuzdur, amma bunu etmirik.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib.

O aşağı seçki komissiyalarına müraciət edərək, deyib ki, bütün digər mövqelərin hamısı sosial şəbəkələrin üstündə olmalıdır:

“Sosial şəbəkələrə qarşı getmək bütün dünyanı özünə qarşı qaldırmaqdır. Biz hesab edirik ki, indiki vəziyyət daha yaxşıdır. Biz sivil dünyanın imkanlarını gözləməliyik. Hər yerdə neqativ bir şey axtarmaq indiyədək heç bir insana xeyir gətirməyib. Azərbaycan ictimaiyyəti sivil dünyanın dəyərlərini mənimsəyib.

Biz namizədliyin irəli sürülməsi və zəruri seçki sənədlərinin DSK-lara qaytarılması ilə bağlı son iki günü xüsusi nəzarətdə saxlamalıyıq”.

Qeyd edək ki, seçkiqabağı təbliğat-təşviqat müddəti yanvarın 17-də başlayacaq və fevralın 8-i saat 08:00-da başa çatacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər