Ermənistanın Baş naziri Nikol Paşinyan Su Komitəsinin sədri Vardan Melkonyanı vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Melkonyan bu vəzifəyə 2019-cu ilin martında təyin edilmişdi.
Əlavə edək ki, bu, son iki gündə Paşinyanın komandasında ikinci kadr dəyişikliyidir. Bundan əvvəl Vladimir Karapetyan baş nazirin mətbuat katibi postundan uzaqlaşdırılıb.