AMEA Əlyazmalar İnstitutunun arxivində Sultan Süleyman dövrünə aid mülknamə sənədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov açıqlamasında bildirib.
O, sözügedən əlyazmanın arxivə necə düşməsi ilə bağlı məlumatın olmadığını bildirib:
“Üzərində Qanuninin möhürü olan, divan üslubunda Osmanlı türkcəsi ilə yazılan sənəd Anadolu və Rumelidə bəzi şəxslərə hökmdar tərəfindən torpaq verilməsi üçün hazırlanıb.
Mülknamə olaraq adlandırılan sənəd qara, qızılı və mavi mürəkkəblərdən istifadə edilərək 1566-cı ildə İstanbulda qələmə alınıb.
Eni 30, uzunluğu 180 sm olan sənədin sonunda dövrün vəzirləri Pertev Paşa və Fərhad Paşanın imzaları qeyd olunub”, - deyə o bildirib.