15 Yanvar 2020 14:17
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qayana Xarici İşlər naziri Karen Kamminqs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, öz məktubunda E.Məmmədyarov həmkarı Karen Kamminqsə Azərbaycanla Qayana arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

E.Məmmədyarov Qayananın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qayananın Xarici İşlər naziri Karen Kamminqs iki xalq arasında mövcud olan səmimi münasibətlərin kökünün xalqlarımızın rifahı üçün ortaq baxış və dəyərlərə əsaslandığını bildirib. 1995-ci il 9 yanvar tarixində diplomatik münasibətlərin qurulmasından etibarən 25 il ərzində iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıb.

O, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də islahatlar və iqlim dəyişikliyi mövzularında iki dövlət arasında qarşılıqlı maraq doğuran birgə ikitərəfli əməkdaşlığın dərinləşməsinə toxunub. Nazir qarşıdakı illərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycan və Qayana arasında diplomatik münasibətlər 9 yanvar 1995-ci ildə qurulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər