General Qasım Süleymaninin öldürülməsindən sonra İranda 8 illik fasilədən sonra ilk yaşanacaq.
Teleqraf.com xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xameneyi bu gün paytaxt Tehranda 2012-ci ildən sonra ilk dəfə cümə namazını Musalla məscidində özü qıldıracaq.
Xameneyi sonuncu dəfə cümə namazını İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə 2012-ci ildə qıldırmışdı.
ABŞ-ın “The Washington Institute for Near East Policy” adlı beyin mərkəzinin mütəxəssisi Mehdi Halacı dini liderin vacib mesaj vermək istədiyi vaxtlarda cümə namazını özünün qıldırdığını söyləyib. Onun sözlərinə görə, bu baxımdan Xameneyinin bu qərarı önəmli addım hesab oluna bilər.
BBC Farsca xidmətinin əməkdaşı Kəsrə Naji bildirib ki, Xameneyinin xütbəsində Ukrayna təyyarəsini vurandan sonra ciddi ittihamlarla üz-üzə qalan SEPAH-a sahib çıxacağı gözlənilir.